Dünya

Moskvada süni intellektli taksi istifadəyə verilib

Rusiyanın nəhəng texnologiya şirkəti Yandex, paytaxt Moskvanın Yasenevo bölgəsində robot taksi xidmətini sınaq rejimində istifadəyə verib.”Unikal” xəbər verir ki, sürücüsüz taksi xidmətinin hazırda yalnız bir bölgədə sınaqdan keçirildiyini vurğulayan şirkət, müştərilərin “Yandex Go” tətbiqindən robot taksi sifariş edə biləcəklərini bildirib.

Moskvada süni intellektlə idarə olunan ilk ictimai nəqliyyat xidməti Yandex, verdiyi açıqlamada, “Sürücüsüz taksi xidmətimiz Yasenevo bölgəsində hər gün səhər saat 7-dən gecə 1-ə qədər sınaq rejimində işləyir. Müştərilərimiz Yandex Go tətbiqi vasitəsilə taksi xidmətindən istifadə edə bilərlər.” deyə qeyd edib.Hələlik robot taksidən yalnız 2021-ci ilin sentyabr ayının əvvəlində sınaq proqramına qeydiyyatdan keçmiş yetkin insanlar istifadə edə bilər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin