Dünya

“Regionda bu məsələdə mühüm irəliləyiş əldə olunub” – Paşinyan

“Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupunun sonuncu görüşü zamanı kifayət qədər nəzərəçarpacaq irəliləyiş qeyd olunub və mən bundan çox məmnunam”.”Unikal” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib.

“Mən bir daha Ermənistanın bu kommunikasiyalar ərazisindən keçən tərəflərin suverenliyi və yurisdiksiyası prinsipi çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatının doqquzuncu abzasında qeyd olunan kommunikasiyalara aiddir. Ümid edirəm ki, biz konkret qərarlara gələ biləcəyik. Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq”, – Paşinyan bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin