İqtisadiyyat

“Azərbaycan iqlim dəyişmələri ilə bağlı təşəbbüslərə qoşulmaqla beynəlxalq səyləri dəstəklədiyini göstərib”

Almaniya Federativ Respublikasının Bonn şəhərində 5-15 iyun tarixlərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının 58-ci sessiyasında Azərbaycan nümayəndə heyəti iştirak edir.

Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Oxu.Az-a bildirib ki, dünya ölkələrinin rəsmi nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfrans iqlim dəyişmələri üzrə yeni effektiv əməkdaşlıq sahələrini, danışıqlar prosesini müəyyən edən mötəbər formatdır.

Builki beynəlxalq konfransın əvvəlkilərdən fərqi həm də ondan ibarətdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 30 noyabr-12 dekabr 2023-cü il tarixlərində Dubayda keçirilməsi nəzərdə tutulan 28-ci sessiyası (COP 28) zamanı ilk Qlobal Dəyərləndirmə (Global Stocktake) Hesabatının hazırlığı prosesi ilə ölkələr tanış ediləcək və öz mövqelərini bildirəcəklər.

“Tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşdə Azərbaycanda ətraf mühitin qorunmasında həyata keçirilən tədbirlər və qəbul olunan Dövlət Proqramları, Strateji Yol Xəritələri haqqında məlumat verilib. Ölkədə iqlim dəyişmələrinin təsirlərinin azalmasına, qlobal səylərə töhfə verilməsinə yönələn “yaşıl gündəlik” və “yaşıl siyasət”dən söhbət açılıb”.

0
0

Həmçinin baxa bilərsiniz

İqtisadiyyat

Ərdoğan: “Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”

  • 21 Aprel 2023 - 20:46
“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”. Bu sözləri Türkiyə Prezidenti
İqtisadiyyat

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

  • 23 Aprel 2023 - 16:14
“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.