Cəmiyyət

Bakı və Şamaxıda vəzifəli şəxslər cərimələniblər – FOTO

Bakı və Şamaxıda bələdiyyə sədrləri, icra nümayəndəsi və restoran direktoru cərimələniblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 5-də Bakı şəhəri və Şamaxı rayonu ərazilərində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddələrinin tələblərini pozduqlarına görə Bakı şəhəri Suraxanı rayonunda Zığ qəsəbəsinin icra nümayəndəsi, Şamaxı rayonunda Sabir, Həyəli, Mədrəsə və Şəhriyar qəsəbələrinin bələdiyyə sədrləri, Şərədil kəndi ərazisində “Sərin Meşə” adlanan restoranın direktoru, Avaxlı kəndində bir vəzifəli, Sabir qəsəbəsində 2 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər