Dünya

NATO Ukraynaya qoşun göndərəcək?

NATO qoşunları Ukrayna münaqişəsində birbaşa iştirak edə bilər.

Bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “The Guardian” qəzetinə müsahibəsində bildirib.

“ABŞ də daxil olmaqla NATO-ya üzv dövlətlər alyansın Vilnüsdə keçiriləcək sammitində Kiyevə real təhlükəsizlik zəmanətləri verməsələr, bəzi NATO ölkələri Ukraynaya qoşun göndərmək istəyə bilər”, – deyə o qeyd edib.

Rasmussenin sözlərinə görə, əgər Ukrayna Vilnüsdə hər hansı nailiyyət əldə etməsə, Baltikyanı ölkələr və Polşa Ukrayna hakimiyyətinə kömək üçün oraya göndəriləcək könüllülərdən ibarət koalisiya toplaya bilər.

Bir gün əvvəl isə Ukrayna xarici işlər naziri Dmitri Kuleba NATO baş katibi Yens Stoltenberqlə danışıqlar apardığı barədə məlumat verib. Nazirin sözlərinə görə, Ukrayna tərəfi Rusiya ilə müharibənin davam etməsi fonunda öz ərazisinə alyans qoşunlarını cəlb olunmasına üstünlük vermir.

Mənbə: Gazeta.ru

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin