Dünya

Rusiya insanların çarəsiz qaldığı Xersonu atəşə tutur – FOTO

Rusiya qoşunları Kaxovskaya Su Elektrik Stansiyasının partlaması nəticəsində yaranan daşqınlar səbəbindən çətin vəziyyətə düşən Xersonu atəşə tutur.

Bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin “Telegram” kanalında paylaşım edib.

“Rusiyalılar Xersonu atəşə tutur. Sahilyanı ərazilər və şəhərin mərkəzi hissəsində”, – deyə o, paylaşımında qeyd edib.

Qeyd edək ki, Kaxovka Su Elektrik Stansiyasının partladılması nəticəsində Ukraynanın Xerson vilayətinin işğal altındakı Oleşki şəhəri tamamilə su altında qalıb.

Şəhərin su altında qalması nəticəsində üç nəfər həyatını itirib və ölənlərin sayının artacağı istisna edilmir.

Xilasedicilərin daşqın zonasından minlərlə insanı təxliyə etməyə çalışır, bir çoxları xilas olmaq üçün evlərinin damına çıxıblar.

Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılmasından sonra Xerson vilayətində su basan yaşayış məntəqələrinin sayı 100-ə çatıb. Vilayətin subasmaya məruz qalmış bəzi qəsəbə və kəndləri ilə əlaqə kəsilib. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin