Siyasət

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başa çatıb – YENİLƏNİB

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başa çatıb.

“Report”un məlumatına görə, Qəbələ İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Gəncə İcra Hakimiyyətinin binasının önündə yekunlaşıb.

İdmançılar Qəbələ – Gəncə marşrutu üzrə 170 km məsafə qət ediblər. Gəncənin mərkəzinə hamıdan tez çatan velosipedçi belçikalı Yari Verstraeten olub. Rumıniya millisinin üzvü Mixnea-Aleksandru Harasim ikinci, qazaxıstanlı Anton Kuzmin üçüncü yeri tutub.

Hər üç idmançı mükafatlandırılıb. Qalibə mükafatı Gəncə meri Niyazi Bayramov təqdim edib.

İlk iki turdan sonra ümumi sıralamada liderliyə italiyalı idmançı Emanuele Ansolini yüksəlib. O, sarı formanı Bolqarıstan velosipedçisi Martin Papanovdan ələ keçirib.

Qeyd edək ki, ilk iki mərhələdə müvafiq olaraq Martin Papanov və Luk Şurmans qalib olublar. İyunun 10-da isə Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurulduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km yol qət ediləcək.

10:59

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışında üçüncü mərhələ start götürüb.

“Report”un məlumatına görə, velosipedçilər Qəbələdən mübarizəyə başlayıblar.

12 komandanın üzvləri 170 km məsafəni qət edərək, Gəncədə finişə birinci çatmağa çalışacaqlar.

Qeyd edək ki, Bakıdan Şamaxıya qədər olan birinci mərhələni bolqarıstanlı Martin Papanov, Qəbələ-Şəki-Qəbələ marşrutunu əhatə edən ikinci mərhələni isə niderlandlı Luk Şurmans qazanıb.

08:04

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

Oxu.Az-ın məlumatına görə, bu gün turnirin üçüncü mərhələsi keçiriləcək.

Velosipedçilər yenə Qəbələdən yarışa start verəcəklər. Ancaq bu dəfə finiş Gəncədə olacaq. 12 komandanın üzvləri 170 km məsafəni birinci qət etmək uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakıdan Şamaxıya qədər olan birinci mərhələni bolqarıstanlı Martin Papanov, Qəbələ-Şəki-Qəbələ marşrutunu əhatə edən ikinci mərhələni isə niderlandlı Luk Şurmans qazanıblar.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,