Cəmiyyət

BŞİH paytaxt sakinlərinə müraciət etdi

Yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar şənbə günü, iyun ayının 10-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb.

İməcilik zamanı şəhərin prospekt və küçələrində, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) paytaxt sakinlərinə müraciətində deyilir.

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus obyektlərin fasad və vitrinlərində, obyektlərin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

“Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”, – deyə müraciətdə vurğulanır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər