Naxçıvan Muxtar Respublikası ərazisində antibiotiklərin reseptsiz satılması qadağan olunub və bundan sonra antibiotiklərdən özbaşına istifadə yolverilməzdir.
“Unikal” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir” mövzusunda keçirilən konfransda bildirilib. Tədbirdə 200-dən çox tibb işçisi və əczaxana fəaliyyəti ilə məşğul olan sahibkarlar iştirak edib.