Naxçıvan Muxtar Respublikasında reseptsiz antibiotik satışına qadağa qoyulacaq.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən antibiotiklərin apteklərdə reseptsiz satılmasının qadağan olunması, bu məsələnin tənzimlənməsi istiqamətində tədbirlər görülür.
Bununla bağlı, bu gün nazirlik tərəfindən konfrans keçiriləcək. Konfransın gündəliyinə antibiotiklərin aptek şəbəkəsində reseptsiz satılmasının birmənalı şəkildə qadağan olunması, dərman preparatlarının yalnız resept əsasında satılması məsələsi daxil edilib.