İdman

“Norway Chess”: Şəhriyar Məmmədyarov son oyununu keçirəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində bu gün sonuncu oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, 38 yaşlı qrosmeyster IX turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək.

Məmmədyarov ötən tur armageddonda norveçli Maqnus Karlsenə yenilib. O, hazırda 10 xalla səkkizinci pillədə qərarlaşıb. A.Giri isə 11,5 xalla beşincidir.

Qeyd edək ki, reqlamentə əsasən, birbaşa qələbəyə görə üç xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1,5, məğlub olan tərəf isə 1 xal əldə edir.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata