Dünya

Peruda “denge” virusundan ölənlərin sayı kəskin artır

Peruda ilin əvvəlindən bəri ölkədə “denge” qızdırmasından 201 nəfər həyatını itirib.

Bu barədə Perunun Səhiyyə Nazirliyinin yaydığı hesabatda qeyd olunur.

Hesabatda, həmçinin qeyd olunur ki, ümumilikdə 2023-cü ilin əvvəlindən ölkədə 130 826 “denge” xəstəliyinə yoluxma halı aşkarlanıb.

Ən çətin vəziyyət Perunun şimalındakı Pyura departamentindədir. Burada 40 minə yaxın adam xəstələnib.

Məlumat üçün qeyd edək ki, “denge” virusdur. Daha çox tropik və subtropik regionlarda rast gəlinir. Xəstəliyin əlamətləri yüksək temperatur, ürəkbulanma, səpgi, baş və bel ağrısıdır.

Mənbə: TASS

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin