Cəmiyyət

Sabiq deputatın şirkəti qanunları pozdu, məhkəməyə verildi

“Xəzər-XXI Əsr” MMC barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi (müvafiq icazə olmadan, həmçinin qanunvericiliyin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) ilə ittiham olunur.

Bu maddədə fiziki şəxslərin üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin isə beş min manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

“Xəzər-XXI Əsr” MMC 10 mart 2003-cü ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Süleymanov Elxan Sirac oğludur. 

Elxan Süleymanov IV və V çağırış Milli Məclisin deputatı olub. O, həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təsisçisidir.

2019-cu ildə “Xəzər-XXI Əsr” MMC könüllü ləğv olunduğunu elan etmişdi.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər