Cəmiyyət

Tibb sahəsini seçmək istəyən tələbələrə ŞAD XƏBƏR

“Bu ildən başlayaraq tibb təhsilində qəbul olan tələbələrin 91 faizdən çoxu dövlət sifarişi ilə təhsil alacaq”. 

Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev bildirib. 

Onun sözlərinə görə, tibb ixtisasları üzrə dövlət sifarişli olmayan yerlərin illik təhsil haqqı 4500 manatdır: 

“Bunun ödənişini dövlət üzərinə götürür. Növbəti tədris ilində dövlət sifarişli proqnoz yerlərinin sayı 1038 olacaq”. 

“Əvvəlki illərdə tibb təhsili üzrə dövlət sifarişli yerlərin sayı 771 idi. 35 faizlik artım var”, – deyə o əlavə edib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər