Dünya

Ərdoğandan xəbərdarlıq: “Türkiyə Egeydə fərqli yanaşma tətbiq edə bilər”

“Sülh yolu ilə həllə maneçilik davam edərsə, Türkiyə Yunanıstan tərəfi ilə münaqişələrin davam etdiyi Egey dənizində fərqli davrana bilər”.

Bunu bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə ilk xarici səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

“Bizim yol xəritəmiz bəllidir. Bu, sülh ilə həll yoludur. Bu dənizlərdə sülhdən başqa yol yoxdur. Amma sülhə müdaxilə etmək istəyənlər olarsa, o zaman fərqli yanaşma tətbiq edə bilərik”, – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Ankara qarşısına maneələrin çıxmasını istəmir, əksinə Egey dənizinin dünyaya sülh mesajı verməsini istəyir.

Mənbə: TRT

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin