Dünya

ABŞ UNESCO-ya qayıdır

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) üzvlüyünü bərpa etmək istəyi barədə quruma müraciət edib.

Bu barədə Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayılıb. Məlumata görə, Vaşinqton öz niyyətləri barədə təşkilata ötən həftə məlumat verib. ABŞ dövlət katibinin müavini Riçard Verma UNESCO-nun baş direktoru Odri Azuleyə məktub göndərib. Bildirilib ki, Vaşinqton quruma olan borclarını ödəyərək onun İcraiyyə Şurasına qayıtmağı planlaşdırır.

Qeyd olunur ki, bu yolla ABŞ prezidenti Cozef Bayden Çinin UNESCO-ya təsirinin artmasını əngəlləməyə çalışır.

İyunun 12-də UNESCO-ya daxil olan bütün ölkələrin nümayəndələrinin görüşü keçiriləcək və orada ABŞ-nin qayıdış planı müzakirə olunacaq.

Xatırladaq ki, Birləşmiş Ştatlar 2011-ci ildən bəri UNESCO-ya üzvlük haqqı ödəmir.

Mənbə: vesti.ru

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin