Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn ilə görüşüb.
Bu barədə diplomat “Twitter”də bildirib.
Görüş zamanı səfir etimadnaməsini BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoruna təqdim edib.
