Dünya

İranda mollanın rəhbərlik etdiyi körpələr evində uşaqlara işgəncələr verilir – FOTO

Tehranda çıxan “Etemad” qəzetində sahibsiz uşaqlar üçün sığınacaq mərkəzində qalan uşaqlara qarşı fiziki işgəncə və zorakılıq halları barədə xəbər dərc olunub.

Qəzet məlumatlı mənbələrə istinadən sığınacaqdakı tərbiyəçilərin molla olduqlarını yazıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Qəzetin “Qalıcı əzab” başlıqlı xəbərində qeyd edilib ki, İranın “Mehr-e Mandeqar” Xeyriyyə Cəmiyyətinin nəzdində fəaliyyət göstərən körpələr evində 7-8 yaşlı uşaq gecə yatarkən yerini islatdığına görə işgəncəyə məruz qalıb. Bunu mərkəzin keçmiş dayələrindən biri deyib.

“Müəssisənin direktoru və bir dayə həmin uşağın əlini ütü ilə yandırıb, sonra da tarakanla dolu binanın köhnə hamamına bağlayıblar. Bir həftə ərzində yemək əvəzinə ona quru çörək və su veriblər”, – deyə o bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin