İsmayıllı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbər verir ki, rayonun Qalıncaq kəndi ərazisində hərəkətdə olan 09-BA-837 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı avtomobildə olan şəxslər, İsmayıllı rayon Mühafizə İdarəsinin mülki mühafizə polisləri – Mücühəftəran kənd sakinləri, 1990-cı il təvəllüdlü Asiman Şaiq oğlu Seyidov və 1997-ci il təvəllüdlü Yalçın İlahi oğlu Nurəhmədli xəsarət alıblar.
Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.