İdman

Maqnus Karlsenin Bakıya gələcəyi təsdiqlənib

Dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsenin Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcəyi təsdiqlənib.

“Report” xəbər verir ki, norveçli qrosmeyster iyulun 29-da start götürəcək yarışın ən reytinqli şahmatçısı olacaq.

Onunla yanaşı, rusiyalı Yan Nepomnyaşşi də Dünya Kuboku uğrunda mübarizəyə qatılacaq.

Qadınlar arasında FIDE reytinqinin 2-3-cü yerlərində qərarlaşan Hampi Koneru (Hindistan) və Yu Venyun (Çin) da Bakıya gələcəklər.

Ümumilikdə 206 kişi şahmatçıdan 146-nın, qadınlarda isə 103 nəfərdən 71-nin Dünya Kubokunda iştirakı təsdiqlənib. İyulun 15-30-u aralığında digər namizədlər iştiraklarını təsdiqləməlidirlər.

Qeyd edək ki, yarış iyulun 29-dan avqustun 24-dək təşkil olunacaq. İyulun 29-da turnirin açılış mərasimi, ertəsi gün isə birinci turun görüşlərinin keçirilməsi planlaşdırılır. Dünya Kubokunun mükafat fondu 2,5 milyon dollardır. İlk üç yeri tutan qrosmeysterlər İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata