Dünya

“SpaceX” 14 yaşlı proqramçını işə götürdü

İlon Maskın kosmik şirkəti “SpaceX” 14 yaşlı proqram təminatı mütəxəssisini işə götürüb.

Kayren Kvazi bu yaxınlarda Kaliforniyada Santa Klara Universitetini bitirib və orada bakalavr dərəcəsi alıb. Yeniyetmə universitet tarixinin ən gənc məzunu olub.

Gənc dahi “SpaceX”də “Starlink” peyk internet sistemi üçün proqram təminatı hazırlayacaq.

Kayrenin anası iddia edir ki, oğlu iki yaşında tam cümlələrlə danışmağa başlayıb və doqquz yaşında artıq Kaliforniya İcma Kollecinə girib. Vunderkind uşaq 11 yaşında Santa Klara Universitetinə daxil olub.

Mənbə: life.ru

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin