İdman

Şuşada 3×3 basketbol üzrə yarışın qrup mərhələsinə yekun vuruldu – YENİLƏNİB + FOTO

Şuşada 3×3 basketbol üzrə dünya qadın seriyasının qrup mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyunda Azərbaycan və Niderland milliləri üz-üzə gəliblər. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb – 21:9.

Əvvəlki oyunlarda Macarıstan millisi və Yaponiyanın “G FLOW.EXE” klubuna uduzan yığma qrup sonuncusu olub.

Niderland 1-ci, Macarıstan 2-ci yeri tutub. “G FLOW.EXE” isə 3-cü olub.

Digər qrupda “Neftçi” 1-ci olub. Almaniya 2-ci, Rumıniya 3-cü yeri tutubsa, Türkiyə millisi sonuncu pillədə qərarlaşıb.

Beləliklə, “Neftçi” və Niderland birbaşa yarımfinala yüksəliblər. Öz qruplarında 2-ci və 3-cü yerləri tutanlar bir-biriləri ilə 1/4 final oynayacaqlar.

18:01

3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində “Neftçi” klubu qrup lideri olub. 

Oxu.Az xəbər verir ki, ilk oyunda Rumıniyanı 20:11 hesabı ilə məğlub edən komanda ardınca Türkiyədən üstün olub – 21:7. Qrupda son oyununda Almaniyanı 16:14 yenən “Neftçi” yarımfinala yüksəlib.

14:54

3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində Azərbaycan millisi ilk oyununu keçirib.

Oxu.Az xəbər verir ki, yığma Macarıstana məğlub olub – 21:6.

“Neftçi” klubu isə Rumıniyanı 20:11 hesabı ilə məğlub edib.

13:39

3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, yarışı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, digər rəsmi şəxslər və qonaqlar var. 

Açılış oyununda Almaniya və Türkiyə yığmaları üz-üzə gəliblər.

Qarşılaşma almanların 17:9 hesablı qələbəsi ilə başa çatıb.

09:16

Bu gün 3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, açılış oyununda saat 13:00-da Almaniya və Türkiyə yığmaları üz-üzə gələcəklər. Azərbaycan kollektivi qrupdakı ilk oyunu saat 14:15-də Macarıstana, “Neftçi” klubu isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.

Ümumilikdə, turnirdə səkkiz komanda iki qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Rumıniya, Türkiyə yığmaları və “Neftçi” klubu, B qrupunda Niderland, Macarıstan, Azərbaycan milliləri və Yaponiyanın “G FLOU” klubu yer alıb.

Birinci yeri tutanlar birbaşa yarımfinala yüksələcəklər. İkinci və üçüncü pillələrin sahibləri isə bir-biriləri ilə 1/4 final oynayacaqlar.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata