İqtisadiyyat

Taleh Kazımov: “Mərkəzi Bankla hökumətin proqnozunun üst-üstə düşməməsi normaldır”

“Mərkəzi Bankın proqnozları illik inflyasiya üzərinə qurulub. İqtisadiyyat Nazirliyinin proqnozu ilə bizim proqnozumuz arasında fərq olması normaldır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, bu ildən AMB artıq ÜDM, bank və iqtisadi göstəriciləri aktiv proqnozlaşdırmağa başlayacaq:

“Bunu ildə 4 dəfə edəcək və ictimaiyyətə açıqlayacağıq. Bu, beynəlxalq praktikadır. Proqnozlar dəyişir, çünki Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın bir parçasıdır. Qlobal iqtisadiyyat da dəyişir və buna görə də biz rüblük proqnozları artıq verəcəyik.

AMB proqnozları ilə hökumətin proqnozunun üst-üstə düşməməsi normaldır. Bu, fərqli baxışlardır və normaldır. Hər bir ölkədə həm hökumətin proqnozları, həm də Mərkəzi Bankın proqnozları olur. Mərkəzi Bank müstəqil qurumdur. Bütün proqnozların üst-üstə düşməsinə gərək yoxdur. Bizim əsas məqsədimiz inflyasiyanı proqnozlaşdırmaqdır”.

0
0

Həmçinin baxa bilərsiniz

İqtisadiyyat

Ərdoğan: “Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”

  • 21 Aprel 2023 - 20:46
“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”. Bu sözləri Türkiyə Prezidenti
İqtisadiyyat

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

  • 23 Aprel 2023 - 16:14
“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.