Siyasət

Josep Borel: “Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq”

“Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq”.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Avropa Parlamentində keçirilən dinləmə zamanı deyib.

Onun sözlərinə görə, Aİ Ermənistanla Azərbaycan arasında sülh quruculuğu prosesinə dəstək verməyə çalışır.

“Yeganə həll yolu diplomatiyadadır. Hər iki tərəf danışıqları davam etdirmək istədiyini bildirib”, – deyə Borel qeyd edib.

J.Borel vurğulayıb ki, Aİ Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır.

“Biz bu məqsədlə həm humanitar təşəbbüslər həyata keçirir, həm də sülhə yönəlmiş danışıqlara birbaşa töhfə veririk. Biz həmçinin müharibə zamanı itkin düşmüş insanların axtarışı və tərəflər arasında yeni toqquşmaların qarşısını almaq üçün işlərlə məşğuluq”, – Aİ komissarı bəyan edib.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,