Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına milli bayramınız – Müstəqillik Gününün 105-ci ildönümü münasibətilə ən səmimi təbriklərimi çatdırım.
Vyetnam Azərbaycanda həyat səviyyəsinin yüksəldilməsi, ölkənin inkişafı və beynəlxalq mövqeyinin möhkəmlənməsi istiqamətində xalqınızın əldə etdiyi nailiyyətləri həmişə maraqla izləyir və onlarla fəxr edir.
Vyetnam ilə Azərbaycanın regionda və beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə kömək edən ənənəvi dostluğun, çoxtərəfli əməkdaşlığın müsbət inkişafına çox şadam.
Əminəm ki, Vyetnamla Azərbaycan bu əsasda ölkələrimizin və xalqlarımızın tərəqqisi, rifahı, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də müxtəlif sahələrdə əməkdaşlığı genişləndirəcəkdir.
Azərbaycan Respublikasına tərəqqi, xalqınıza isə xoşbəxtlik və əmin-amanlıq diləyirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət və ali fəaliyyətinizdə böyük uğurlar arzu edirəm”.