Siyasət

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bu il Azərbaycanda iki əlamətdar tarix – ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və ulu öndərin hakimiyyətə qayıdışının 30 illiyi qeyd edilir. Bu münasibətlə 15 iyun – Milli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı təqdim ediləcək. 

Konsertə populyar müğənnilər və kollektivlər dəvət olunublar. Azərbaycanın tanınmış estrada ulduzlarının, sevilən muğam və milli mahnılarımızın ifaçılarının iştirak edəcəkləri konsert proqramı saat 20:00-da başlayacaq. 

Həmin gün Heydər Əliyev Mərkəzinin parkına gələn hər bir kəs möhtəşəm qala-gecənin iştirakçısına çevriləcək, hamının əzbər bildiyi mahnıları ifaçılarla birlikdə ifa edib, bu bayram gününü yüksək əhvali-ruhiyyə ilə keçirmək imkanı qazanacaq. 

Konsertdə Abbas Bağırov, Ağadadaş Ağayev, Alim Qasımov, Aybəniz Haşımova və “Bülbüllər” qrupu, Aygün Bəylər, Aygün Kazımova, Azər Zeynalov, Bilal Əliyev, Eldar Qasımov, Emin, Faiq Ağayev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Xəyyam Nisanov, İlhamə Qasımova, İlqar Muradov, Lalə Məmmədova, Manana, Miri Yusif, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri və Azərbaycan Dövlət Xor Kapellası, Mübariz Tağıyev, Natavan Həbibi, “Natiq” ritm qrupu, Nərmin Kərimbəyova, Nigar Camal, Nurlan Növrəsli, Röya, Samirə Əli Məryəm, Sevda Ələkbərzadə, Şəmistan Əlizamanlı, Tünzalə Ağayeva, Vüqar Əbdülov, “Zəfər” xoru, Zülfiyyə Xanbabayeva çıxış edəcəklər. 

Konsertə giriş sərbəst olacaq.  

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,