İqtisadiyyat

İxrac edilən qeyri-neft məhsullarının müxtəlifliyi artıb – Nazir

İxrac edilən qeyri-neft məhsullarının müxtəlifliyi artıb.”Unikal”ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1.204-ə, kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-yə yüksəlib.”Bu göstərici qeyri-neft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyinin artmasını və ixrac potensialının genişləndirilməsini ifadə edir”, – M.Cabbarov yazıb.Qeyd edək ki, 2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft-qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 mlrd. dollardan 3,05 mlrd. dollara çatıb.

0
0

Həmçinin baxa bilərsiniz

İqtisadiyyat

Ərdoğan: “Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”

  • 21 Aprel 2023 - 20:46
“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”. Bu sözləri Türkiyə Prezidenti
İqtisadiyyat

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

  • 23 Aprel 2023 - 16:14
“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.