Siyasət

Keçmiş məcburi köçkün: “Laçından apardığımız samovarla 31 il sonra yenidən çay içəcəyik”

“31 il əvvəl Laçından apardığımız samovarı da Laçına qaytarmışıq, həmin samovarla yenidən çay içəcəyik”.

Bunu “Report”a açıqlamasında Laçına qayıdan keçmiş məcburi köçkün Ramiz Həsənov deyib.

“Uzun illərdən sonra Laçına qayıtmışıq. Bizi bu torpaqlardan zorla ayırmışdılar. Torpaqlarımız işğal olunmuşdu. Allaha şükürlər olsun ki, bu günləri də gördük, doğma yurdumuza qayıtdıq. İndi böyük hislər, duyğular yaşayırıq. Buna görə Prezidentimizə öz adımdan, laçınlılar adından, bura qayıdan sakinlər adından minnətdarlığımızı bildiririk. Biz şəhidlərimizin qarşısında baş əyirik, onlara Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayırıq”, – deyə keçmiş məcburi köçkün sevinc hissələrini ifadə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb və daha 22 ailə – 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,