Siyasət

Laçın sakini: “Üç ildə belə şəraitin qurulması bizə möcüzə kimi görünür”

“Üç il ərzində belə şəraitin qurulması bizə möcüzə kimi görünür. Bunu yalnız Azərbaycan Prezidenti İlham Əliyev, dövlətimiz edə bilərdi”.

Bunları “Report”a açıqlamasında Laçın sakini İradə Hüseynova deyib.

O bildirib ki, bütün laçınlılar bu günü səbirsizliklə gözləyirdilər:

“Başda dövlətimizin başçısı İlham Əliyev olmaqla, bu işləri görən hər kəsə minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu günləri Ali Baş Komandanımıza, şəhidlərə borcluyuq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb və daha 22 ailə – 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə – 97 nəfər köçürülmüşdü.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,