İdman

Mbappe: “Messi Fransada layiq olduğu hörməti görmədi”

PSJ-nin futbolçusu Kilian Mbappe Lionel Messinin komandadan ayrılıb ABŞ-nin “İnter Mayami” klubuna keçidi barədə danışıb.

Ulduz hücumçu argentinalının Fransada layiq olduğu hörməti görmədiyini söyləyib.

“O, futbol tarixinin ən böyük oyunçularından biridir. Messi kimi birinin getməsi heç vaxt yaxşı xəbər deyil. Başa düşə bilmirəm ki, niyə bu qədər insan onun getməsi ilə rahatlıq tapdı. Messi Fransada layiq olduğu hörməti görmədi”, – deyə Mbappe bildirib.

Qeyd edək ki, 2021-ci ildən PSJ-də çıxış edən Lionel Messi ötən mövsüm bir neçə dəfə yerli azarkeşlər tərəfindən fitə basılıb. Bundan başqa, klub rəhbərliyindən icazəsiz Səudiyyə Ərəbistanına səfər etdiyi üçün o, bir müddət əsas komandadan uzaqlaşdırılıb.

Mənbə: La Gazzetta dello Sport

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata