Siyasət

Şəfəq Verdiyeva: “Laçınsız üzümüz gülmədi, könlümüz açılmadı”

“Çox kədərli, ağrılı günlər idi Laçını tərk etdiyimiz günlər, bu illərdə Laçınsız üzümüz gülmədi, könlümüz açılmadı”.

Bu sözləri Oxu.Az-a bu gün Laçın şəhərinə köç edən Şəfəq Verdiyeva deyib.

O qeyd edib ki, bu gün hamımız üçün qürurlu gündür:

“Bu gün bizim üçün, Laçına köç edən ailələr üçün əlamətdar gündür. Uşaqlığımızın keçdiyi o kəndləri, o yolları, o küçələri artıq biz qarış-qarış gəzəcəyik. Hamımız üçün qürurlu gündür.

Bu gün Qarabağımız, Laçınımız, torpaqlarımız, yollarımız, küçələrimiz azaddır. Biz körpəliyimizin keçdiyi o yerləri gəzib, havasını udacağıq. Bizə bu günləri bəxş edən Prezidentimizə, müzəffər ordumuza təşəkkürümüzü bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,