Dünya

Tramp Baydeni Ukrayna şirkətindən rüşvət almaqda ittiham etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Cersidə tərəfdarları qarşısında çıxış edərkən bildirib ki, ölkənin hazırkı prezidenti Co Bayden vitse-prezident vəzifəsində çalışarkən Ukraynanın enerji şirkətindən rüşvət alıb. “Unikal” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Keçmiş Amerika liderinin sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlar “diqqəti real casusluqdan və real cinayətlərdən yayındırmaq” cəhdidir.Tramp qeyd edib ki, ABŞ senatoru Çak Qrassli də Federal Təhqiqatlar Bürosunda (FTB) Baydenin Ukraynanın enerji şirkəti “Burisma Holdings”dən rüşvət almaqda iştirakı ilə bağlı sübutlar var. “Unutmayın, onlar Baydenin Ukraynadakı korrupsioner əlaqələri ilə bağlı sadə bir suala görə mənə impiçment elan etdilər və indi haqlı olduğum aydın oldu” , – deyə o bildirib. Keçmiş Amerika lideri əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti və “radikal solçular xaricdən rüşvət ala və tam himayə altında qala bilərlər”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin