“Tusi” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Ordubad Azərbaycanın incisidir” adlı tədbir keçirilib.
“Unikal” xəbər verir ki, “Arion Hotel”in konfrans zalında keçirilən tədbirdə tanınmış elm xadimləri, millət vəkilləri və ziyalılar iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan “Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin sədri Yəhya Babanlı Ulu Öndər Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə Ordubada göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin Ordubad rayonuna səfərindən görüntülər nümayiş etdirilib.
Tədbir “Tusi” Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak edən şəxslərin mükafatlandırılması ilə başa çatıb.
Sonda xatirə şəkli çəkdirilib.