Hadisə

Lənkəranda bir ailənin beş üzvü tortdan zəhərləndi

Lənkəranın Şovu kəndində bir ailənin beş üzvü zəhərlənib.”Unikal” xəbər verir ki, bu gün səhər saatlarında ailə üzvləri tort yeyiblər. Bir müddətdən sonra səhhətlərində problem yaranıb, özlərini pis hiss ediblər.

Təcili tibbi yardım xidmətinin köməyi ilə ikisi azyaşlı olmaqla ailənin 5 üzvü: 1959-cu il təvəllüdlü Ənivəs Əli qızı Babayeva, 1983-cü il təvəllüdlü Marifə Adıgözəl qızı Babayeva, 1990-cı il təvəllüdlü Zamin Səfaddin oğlu Babayev, 2016-cı il təvəllüdlü Xədicə Zamin qızı Babayeva və 2018 -ci il təvəllüdlü Mətləb Zamin oğlu Babayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Onlara ilkin olaraq zəhərlənmə diaqnozu qoyulub və lazımı tibbi yardım göstərilib. İlkin məlumata görə ailə üzvləri 3 gün əvvəl bişirilən şirniyyatdan istifadə ediblər. Zəhərlənmənin istifadə olunan ərzaq məhsullarının keyfiyyətsiz olması və ya şirniyyatın saxlanmasına düzgün riayət edilməməsi səbəbindən baş verdiyi ehtimal edilir.Hazırda xəstələrin müalicəsi davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.