Hadisə

Biləsuvarda qətl – Özündən 3 yaş böyük qardaşını öldürdü

Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.”Unikal” xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 17-si, saat 02 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub.İbtidai istintaq davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.