Siyasət

Ərdoğanın partiyadakı müavini və köməkçiləri bəlli oldular

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və sədr köməkçiləri vəzifələrinə təyinatlar olub.

Bununla bağlı ölkə prezidenti və partiya rəhbəri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən İdarə Heyətinin toplantısında qərar verilib.

Təxminən 2 saat yarım davam edən iclasdan sonra partiyanın sədr müavini və sədr köməkçiləri təyinatları açıqlanıb.

Ədalət və İnkişaf Partiyası sədrinin müavini vəzifəsinə xarici əlaqələr üzrə sədr müavini Efkan Ala təyin edilib. Xarici Əlaqələr üzrə sədrin köməkçisi vəzifəsinə Zəfər Sırakaya, İnsan Hüquqları üzrə sədrin köməkçisi vəzifəsinə isə Mehmet Ali Zengin təyin olunub.

Qeyd edək ki, partiyanın böyük qurultayı sentyabr və ya oktyabrda keçiriləcək. Böyük qurultaydan sonra əyalət-rayon qurultayları baş tutacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,