İdman

“Fulhem”in müdafiəçisi Fransada həbs edildi

“Fulhem”in müdafiəçisi İssa Diop həyat yoldaşını hədələməkdə ittiham olunaraq həbs edilib.

Məlumata görə, Diop boşanmaq prosesində olduğu həyat yoldaşını ölümlə hədələməkdə şübhəli bilinir.

Bildirilir ki, boşanma prosesi gərgin atmosferdə keçir – Diop həyat yoldaşının tələb etdiyi böyük məbləğdə təzminatı ödəmək istəmir. Futbolçu həyat yoldaşını ondan həmişəlik qurtulacağı ilə hədələyib. Bununla bağlı qadın polisə müraciət edib.

“Fulhem”in müdafiəçisi Tuluzada saxlanılıb.

Hazırda Diop şəhərin mərkəzi polis idarəsində həbsdədir. Futbolçu zarafat etdiyini bildirsə də, bəzi təhdid faktlarını etiraf edib.

Mənbə: sports.ru

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata