Dünya

Moskvada Ərdoğan haqqında film təqdim olundu

Moskvada TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Türkiyə diplomatik missiyasında Prezident Rəcəb Tayyib Ərdoğan haqqında filmi təqdim edib.

Film “Hakimiyyət formulu” silsiləsinin bir hissəsi kimi lentə alınıb.

Tədbirdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko, bir sıra diplomatik missiyaların rəhbərləri iştirak ediblər.

Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar Qusmanın peşəkarlığını qeyd edərək Türkiyə liderinin həyat və siyasi karyerasından bəhs edən bu xüsusi layihənin yaradılmasına görə minnətdarlığını bildirib. Diplomatik missiyanın rəhbəri Ərdoğanın özünün “Daha ədalətli bir dünya mümkündür” kitabını da tədbir iştirakçılarına təqdim edib.

Mənbə: TASS

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin