Ötən ilin sonuna olan statistik məlumatlara əsasən görmə qabiliyyəti tam məhdud 720 uşaq qeydiyyatda olub.
Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, ötən ilin sonuna qeydiyyatda olan görmə qabiliyyəti qismən məhdud uşaqların sayı isə 16 800 nəfər olub.
2022-ci ilin sonuna qeydiyyatda olan eşitmə qabiliyyəti tam məhdud uşaqların sayı 1 236, eşitmə qabiliyyəti qismən məhdud olanların sayı isə 2 082 nəfər olub.
Əqli geriliyi olan uşaqların sayı 5 275, nitq pozuntusu olan uşaqların sayı 4 417, poliomielit və serebral iflic qalığı olan uşaqların sayı 3 648, skolioz (onurğa sütunun əyilməsi) xəstəliyi ilə qeydiyyatda olan uşaqların sayı isə 4 812 nəfər olub.