Kriminal

Prokurorluq Abşerondakı dəhşətli qətllə bağlı məlumat yaydı – YENİLƏNİB

İyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan “Unikal”a verilən məlumata görə, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun arvadı Leyla Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

xxx

19:58

Abşeronda 20 yaşlı qadın öldürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Unikal”a verilən xəbərə görə, iyunun 20-də saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib.

8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Kriminal

Olimpiya çempionunun məhkəməsində şahid: “Ərim yalan ifadə verməyim üçün mənə hədə-qorxu gəldi”

  • 26 Aprel 2023 - 14:53
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə
Kriminal

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

  • 26 Aprel 2023 - 16:33
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin