Cəmiyyət

Bakıda qonşusunu uşağının gözü qarşısında döyən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu döyməkdə təqsirləndirilən Elməddin Göyüşovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

İttihama görə, hadisə 2021-ci il iyulun 12-də, saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Savalan qəsəbəsində qeydə alınıb.

Belə ki, zərərçəkmiş Emil Valehov (soyadı şərti) Elməddin Göyüşovun yaşadığı evə gələrək, təqsirləndirilən şəxsin qeyri-rəsmi nikahda olduğu qadının həyətdə mütəmadi səs-küy salmasına görə irad tutub. Elməddin zərərçəkmiş şəxsi uca səslə nalayiq sözlərlə təhqir edib. Daha sonra o, yumruqla Emilin çənə nahiyəsinə zərbələr endirib.

Bundan başqa, Elməddin zərərçəkmişin yetkinlik yaşına çatmayan uşağının gözü qarşısında naməlum bərk predmetdən istifadə etməklə alın nahiyəsinə zərbə vurub.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər