Siyasət

XİN: “AŞ Komissiyasının hesabatı Ermənistanda dövlət səviyyəsində nifrətin olduğunu təsdiqləyir”

“Avropa Şurasının İrqçilik və Dözümsüzlük Əleyhinə Komissiyasının Ermənistanla bağlı hesabatı bu ölkədə dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün qızışdırıldığını bir daha sübut edir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.

“Avropa Şurasının İrqçilik və Dözümsüzlük Əleyhinə Komissiyası Ermənistanda nifrət və ayrı-seçkiliklə mübarizə ilə bağlı kifayət qədər tədbirlərin görülməməsinə dair hesabat dərc edib. Ermənistanda nifrət nitqinin dayandırılması təşəbbüsü yoxdur; “erməni kimliyinə” istinad çox vaxt nitq və hərəkətlərdə dözümsüzlük, nifrətin qızışdırılması üçün sui-istifadə olunur və ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı hərtərəfli hüquqi müddəalar yoxdur. Bu, Ermənistanda dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün olduğunu bir daha sübut edir”, – XİN rəsmisi vurğulayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,