Cəmiyyət

Xızıda bələdiyyə sədrləri cərimələndi

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyindən “Unikal”a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 19-da Xızı rayonu ərazisində keçirdikləri tədbir zamanı meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınma qaydalarının pozulması, həmçinin sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsinin (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınma qaydalarının pozulması) tələblərini pozduğuna görə bir vəzifəli şəxs, 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə isə Fındığan, Giləzi və Sitalçay kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.Bu istiqamətdə tədbirlər davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər