Cəmiyyət

Bakıda avtomobil işıq dirəyinə çırpılaraq aşıb

Bakıda yol-nəqliyyat hadisə baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla əlaqə şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən qəza bu gün səhər 08:00 radələrində baş verib:

“Qaradağ rayonu Sahil qəsəbəsində VAZ-2101 markalı 77-FY-719 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində zərbənin gücündən nəqliyyat vasitəsi aşıb.

Ölən və xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır”.

Könül Cəfərli

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər