Cəmiyyət

Dövlət xidmətinin rəisi: “Sahibkarın cəsarəti çatsın ki, öz hüququnu qorumağa hazır olsun”

“Bu gün sahibkarların tenderdə iştirakla bağlı narazılığını başa düşürəm. Rəqəmsallaşdırılandan sonra heç bir sahibkar şikayət edə bilməz ki, mənə iştirak imkanı vermədilər”.

APA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

“Bizim məqsədimiz bərabər imkanlar yaratmaqdır. Mən bərabər imkanı yaradıramsa, sahibkar da müəyyən addımlar atmalıdır. Sahibkarın məsuliyyəti olsun, cəsarəti çatsın ki, öz hüququnu qorumağa hazır olsun. Sahibkar əgər ödəniş edib tenderə qoşulursa, hüquqlarının gözətçisi özüdür”, – deyə Məmməd Abbasbəyli vurğulayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər