Cəmiyyət

İmtahana şortiklə gələn tələbə binaya buraxılmayıb?

İmtahana “şortik” və çəkələklə gələn tələbəni universitet qapısında gözlədiblər.

Hadisənin bu gün Azərbaycan Texniki Universitetində baş verdiyi bildirilir.

Məlumata görə, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 3-cü kurs tələbələrindən biri bu gün havanın isti keçməsi ilə əlaqədar imtahana “şortik”lə gəlib. Amma onun içəri daxil olmasına imkan verilməyib. 

Tələbənin iddiasına görə, 30 dəqiqəyə yaxın universitetin binasına buraxılmayıb. Mühafizəçi bildirib ki, universitetin prorektoru ona heç kəsi “şortik” və çəkələklə imtahana buraxmamaq barədə şifahi sərəncam verib. 

Halbuki, bu barədə tələbələrə xəbərdarlıq edilməyib. İmtahana üç-beş dəqiqə qalmış mühafizə rəisi tələbəyə yaxınlaşaraq onu içəri buraxıb.

Məsələ ilə bağlı Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova Bizim.Media-ya açıqlamasında bildirib ki, belə bir hadisə ilə bağlı fakültəyə, imtahan qərargahına tələbə tərəfindən müraciət və şikayət qeydə alınmayıb:

“Ümumiyyətlə, geyimlə bağlı heç bir qadağa yoxdur. Bu günə kimi tələbələrdən geyimlə bağlı problemin yaranmasına dair şikayət daxil olmayıb”. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər