Dünya

Maykl Ceksonun məşhur rəqsini ifa etdiyi konsertdə geyindiyi papaq hərraca çıxarılacaq – FOTO

Amerikalı müğənni Maykl Ceksonun (1958-2009) ilk dəfə öz məşhur “ay gəzintisi”ni ifa etdiyi konsertdə geyindiyi papaq sentyabrın 26-da Parisdə hərraca çıxarılacaq.

Bu barədə hərrac evindən məlumat verilib.

Pop kralı 25 mart 1983-cü ildə Motaunun 25 illik yubiley konsertində bu papaqda olub. O, “Billie Jean” hitinə başlamazdan əvvəl papağı səhnənin arxasına atıb və bu zaman məşhur rəqs hərəkətini ifa edib.

Lotun ilkin dəyəri 60-100 min avro olaraq qiymətləndirilir. Papağın satışını “Lemon Auction” hərrac evi və musiqi alətlərinin satışı üzrə ixtisaslaşmış “Artp ges” şirkəti həyata keçirir. Daha əvvəl onlar Noel Qallaxerin “Oasis” qrupu dağıldığı gecə sındırdığı gitarasını 385,5 min avroya satıblar.

Mənbə: “France-Presse”

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin