Cəmiyyət

Səməd Seyidov: “AŞPA-da Laçın yolu ilə bağlı qətnamə siyasi məqsədlə müzakirəyə çıxarılıb”

“AŞPA-da Laçın yoluna həsr olunmuş qətnamə siyasi məqsədlə müzakirəyə çıxarılıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Laçın yoluna həsr olunmuş qətnamənin müzakirələri zamanı bildirib.

“AŞPA-da aparılan müzakirələr sülhə mane olur. Bu qətnamə qələmə verildiyi təkcə insan hüquqlarını müdafiə etmək məqsədilə deyil, siyasi məqsədlə müzakirəyə çıxarılıb. Məruzəçi qətnamədə Dağlıq Qarabağ kəlməsini çıxarmağa etiraz edir. Halbuki Dağlıq Qarabağ kəlməsi artıq mövcud deyil. Qarabağ Azərbaycanın tərkib hissəsidir və ölkə səviyyəsində dağlıq sözünün çıxarılması haqqında qərar verilib”, – Səməd Seyidov vurğulayıb.

“Burada aparılan söhbətlər Azərbaycanın bütövlüyünə qarşı yönəlib. Heç kim deyə bilməz ki, Qarabağ əhalisi, habelə uşaqlar arasında acından ölüm halı baş verib. Heç kim deyə bilməz ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağa girişinə mane olunub”, – o deyib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər