Dünya

Süni intellekt ölmüş insanların səsləri ilə danışmağı öyrəndi

ABŞ-nin “Meta” şirkəti səs faylları əsasında həm canlı, həm də ölü insanların səslərini təkrarlaya bilən generativ süni intellektin yeni modelini işləyib.

Qeyd edilir ki, “Voicebox” adlı süni intellekt modeli altı dildə danışa bilir.

“Meta”da bu tərtibatı “generativ süni intellekt sahəsində nitqlə bağlı sıçrayış” adlandırılıb.

Süni intellekt insan səsini həm də xarici dillərdə təqlid edə biləcək. Şirkətdən verilən məlumata görə, bu, filmlərin dublyajına, həmçinin internetdə məzmun yaradıcılarına videoları başqa dillərə tərcümə etməyə imkan verəcək.

Tərtibatçılar texnologiyanın potensial risklərini əsas gətirərək modelə ictimai girişi bağlamaq qərarına gəldiklərini əlavə ediblər.

“Generativ nitq modelləri üçün bir çox maraqlı istifadə halları var, lakin potensial sui-istifadə risklərinə görə biz hazırda “Voicebox” modelini və ya kodunu dərc etmirik”, – deyə şirkət sözçüsü bildirib.

Mənbə: Business Insider

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin