Ağsuda kişi damdan yıxılaraq ölüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Gursulu kəndində qeydə alınıb.
Kənd sakini, 1970-ci il təvəllüdlü Raqif Ağaverdi oğlu Əliyev həmkəndlisinin həyətindəki damda ot yığarkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.